Oman "ağıllı idarəetmə"yə keçid zamanı insan ləyaqətinin qorunmasına çağırış edib
sizinxeber.az xəbər saytı

Oman "ağıllı idarəetmə"yə keçid zamanı insan ləyaqətinin qorunmasına çağırış edib


Süni intellektin tətbiqi və rəqəmsal texnologiyaların inkişafı insan ləyaqətinin qorunması ilə müşayiət olunmalıdır.

"Report" xəbər verir ki, bunu Omanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Rəşid Əl Baluşi Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt sultanlıqda insan hüquqlarının təşviqi və müdafiəsində, xüsusən də səhiyyə və təhsil sahələrində artıq mühüm rol oynayır:

"Oman Sultanlığı texnologiyaları cəmiyyətin inkişafı aləti kimi qiymətləndirir. Biz iki hüquqa - sağlamlıq hüququna və təhsil hüququna xüsusi diqqət yetiririk. Süni intellekt xəstəliklərin diaqnostikasında, həmçinin məlumatların yayılmasında və insan hüquqları haqqında məlumatlılığın artırılmasında bizə kömək edir".

O qeyd edib ki, İnsan Hüquqları üzrə Milli Komissiyanın əsas vəzifələrindən biri müasir texnologiyalara bərabər çıxışın təmin edilməsidir:

"Məqsədimiz texnologiyaları əhalinin bütün kateqoriyaları, xüsusən də əlilliyi olan şəxslər, uşaqlar və yaşlılar üçün əlçatan etməkdir".

Əl Baluşi əlavə edib ki, "ağıllı idarəetmə" konsepsiyasına keçid insan ləyaqəti prinsipinə şərtsiz riayət olunmaqla həyata keçirilməlidir:

"Əminik ki, "ağıllı idarəetmə"yə keçid insan ləyaqətinin əsas prioritet kimi qorunmasını tələb edir. Bu, texnologiyalardan istifadə çərçivəsini müəyyən edən Əsas Qanunumuza tam uyğundur".

Oxşar xəbərlər

Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb
Səbinə Əliyeva: Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Amina Buayaş: İnsan hüquqları təsisatları innovasiyalara qarşı deyil
Azərbaycan Prezidenti Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər