Heqset: ABŞ Avropadakı hərbi yerləşdirmənin strateji icmalına başlayır
sizinxeber.az xəbər saytı

Heqset: ABŞ Avropadakı hərbi yerləşdirmənin strateji icmalına başlayır


ABŞ-nin müharibə naziri Pit Heqset Avropadakı ABŞ hərbi mövcudluğunun və qüvvələrinin yerləşdirilməsinin altı aylıq nəzərdən keçirilməsinə başlanıldığını elan edib.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə o Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin iclasının açılışında bildirib.

Onun sözlərinə görə, Vaşinqton Avropa müttəfiqlərinin qitənin müdafiəsinə görə əsas məsuliyyəti öz üzərinə götürəcəyi modelə keçidi sürətləndirmək niyyətindədir.

Heqset bildirib ki, yoxlama amerikalı hərbçilərin, ABŞ-nin Avropa Komandanlığının, Konqresin və NATO üzrə müttəfiqlərin iştirakı ilə aparılacaq.

"Bu gün mən Müdafiə Nazirliyi tərəfindən Avropadakı ABŞ hərbi mövcudluğunun və yerləşdirilməsinin altı aylıq nəzərdən keçirilməsini elan edirəm. Gəlin bunu NATO 3.0 icmalı adlandıraq", - Heqset bildirib və buna daha az vaxtın tələb oluna biləcəyini əlavə edib.

Oxşar xəbərlər

Pentaqon rəhbəri NATO müttəfiqlərini sərt tənqid edib, Avropadakı ABŞ qüvvələrinin yoxlanışı elan olunub
Pentaqon rəhbəri NATO müttəfiqlərini İrana görə sərt tənqid edib, Avropadakı ABŞ qüvvələrinin yoxlanışı elan olunub
İsveçin müdafiə naziri: ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər
Pit Heqset: NATO üzvü ölkələrin müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsində artırmaq öhdəliyi qəbul ediləcək
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər