Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
İngiltərə millisinin öz oyununu tapması üçün bir qədər vaxt lazım gəlib.
"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Tomas Tuxel Xorvatiyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları oyunu şərh edib:
"Komandamın çıxışı xoşuma gəldi. İlk hissə bizim üçün bir qədər çətin keçdi. Futbolçuların üzərində müəyyən gərginlik hiss olunurdu. Oyunun ritmini tapa bilmirdik və boş zonalardan istifadə etmək üçün özümüzə kifayət qədər inanmırdıq.
Bir statistikaya baxdım, ilk hissədə ikili mübarizələrin cəmi 33 faizində qalib gəlmişdik, ikinci hissədə isə bu göstərici 73 faizə qədər yüksəldi. Bu da göstərir ki, topsuz oyunda da istədiyimiz səviyyədə deyildik, kifayət qədər aqressiv və qətiyyətli görünmürdük. Futbolçuların fasilədən sonrakı reaksiyasını çox bəyəndim. Oyunda emosiyalar çox idi və bunun təsiri hiss olunurdu. Öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi".
Qeyd edək ki, İngiltərə - Xorvatiya matçı 4:2 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
Tomas Tuxelin İngiltərə millisinin baş məşqçisi postuna təyinatı rəsmiləşib
"Sabah"ın baş məşqçisi: "Petrokub"u təhlil etmək üçün kifayət qədər materialımız var idi"
Tomas Tuxelin İngiltərə millisinin baş məşqçi postuna təyinatı rəsmiləşib
Azərbaycan millisinin baş məşqçisi: "Son iki yoxlama oyunundan razı qaldım"
Rəşad Sadıqov: "Karvan-Yevlax"a qarşı oynamağın nə qədər mürəkkəb olduğunu bir daha hiss etdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
