FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
İyunun 11-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarışlara yekun vurulub.
Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, yarışda 10 dövlət qurumundan 36 əməkdaş - kişilər və qadınlar ayrılıqda bir nəfərlik qayıqda (K-1), kişi cütlüklər və qarışıq cütlüklər iki nəfərlik qayıqda (K-2) olmaqla öz qüvvələrini sınayıblar.
Yarışda iştirak edən FHN-in 5 nəfərdən ibarət avarçəkmə üzrə komandasının əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar. Şəxsi yarışlar üzrə K-1 kateqoriyasında kişilər arasında Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüfət Əhmədov bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Komandanın digər üzvü FHN-in Akademiyasının əməkdaşı kapitan Özcan Kərimov bürünc medala yiyələnməyi bacarıb.
Qadınlar arasında Bakı Regional Mərkəzinin əməkdaşı baş leytenant Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın çempionu adını qazanıb. Komandanın digər üzvü FHN-in Mərkəzi aparatının əməkdaşı Mələkxanım Məmmədova isə gümüş medalla kifayətlənib. Qarışıq cütlüklər arasında K-2 kateqoriyası üzrə də Rüfət Əhmədov və Leyla Əliyeva mübarizə apararaq yarışın ən yüksək pilləsinə qalxmağı bacarıblar.
Kişi cütlüklər arasında keçirilən yarışda isə FHN-in Akademiyasının əməkdaşı kapitan Özcan Kərimov və Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov qızıl, qadın cütlüklər arasında isə Bakı Regional Mərkəzinin əməkdaşı baş leytenant Leyla Əliyeva və Mərkəzi aparatın əməkdaşı Mələkxanım Məmmədova qızıl medal qazanaraq dövlət qurumları arasında keçirilən yarışın qalibi elan olunublar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallar təqdim olunub.
Oxşar xəbərlər
İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib
FHN əməkdaşları idman dırmanması yarışında yüksək nəticələr qazanıb
FHN-in əməkdaşları idman yarışlarında yüksək nəticələr əldə ediblər
FHN-nin əməkdaşları stolüstü tennis yarışında uğur qazanıblar
FHN əməkdaşı stolüstü tennis yarışında qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
