Britaniya tanker kapitanını Rusiya əleyhinə sanksiyalardan yayınmaqda ittiham edib
Böyük Britaniya prokurorları La-Manşda saxlanılan "Smyrtos" tankerinin kapitanını saxlayıb və Rusiya əleyhinə sanksiyalardan yayınmaqda ittiham edib.
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniya Milli Cinayətkarlıq Agentliyinin (NCA) açıqlamasında bildirilir.
Agentliyin məlumatına görə, gəminin Rusiyanın "kölgə donanmasına" məxsus olduğu iddia edilir.
38 yaşlı Hindistan vətəndaşı Adjay Pant Rusiyaya qarşı sanksiyaları, xüsusən də 2026-cı ilin iyun ayı ərzində qadağan olunmuş Rusiya nefti və ya neft məhsullarının dəniz yolu ilə üçüncü ölkəyə birbaşa və ya dolayı yolu ilə tədarükü və ya daşınmasını pozmaqda ittiham olunur.
Həmçinin qeyd olunur ki, kapitan iyunun 16-da Sauthempton Magistrat Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Böyük Britaniyanın sanksiya siyahısına salınan 243 metrlik gəmi ölkənin cənub-qərbindəki Dorset sahillərində, İngilis Kanalındakı Portland Adası yaxınlığında lövbər salıb. Gəmidə Hindistan və Gürcüstan vətəndaşın olan 24 heyət üzvü qalıb.
Oxşar xəbərlər
Britaniya Rusiyaya sanksiyalardan yayınmağa kömək etmiş 5 təşkilata sanksiya tətbiq edib
Britaniya Rusiyanın “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
-
DÇ-2026: Fil Dişi Sahili 3 xal qazanıb
-
Emerse Fae: "Fildişi Sahili millisinin səbrli olmağı vacib idi və bunun bəhrəsini gördük"
