Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.
Araşdırmalarla müəyyən olunub ki, N.Həsənov xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.
Faktla bağlı cinayət işi başlanılıb. N.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Baş idarə əməliyyat keçirib, 51 kq narkotik dövriyyədən çıxarılıb
Bakıda avtomobildə 33 kq narkotik tapılıb
DİN Masallıda əməliyyat keçirib, 39 kq narkotik aşkar olunub - VİDEO
Binəqədidə keçirilən əməliyyatda 24 kq narkotik aşkarlanıb
Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
TÜRKPA baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
