İmre Yuhas: Texnologiya insanı əvəz etmir, imkanlarını genişləndirir
Texnologiya insanı əvəz etmir, onun imkanlarını genişləndirir.
"Report" xəbər verir ki, bunu Macarıstanın Fundamental Hüquqlar üzrə Müvəkkili İmre Yuhas (Imre Juhasz) "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində "Süni intellektin əmək bazarına və məşğulluğa təsiri" adlı panel sessiyada bildirib.
Onun sözlərinə görə, əmək dünyası və onun ayrılmaz hissəsi olan insan amili böyük dəyişikliklər qarşısındadır:
"Alqoritmin işə qəbul etmədiyi namizədin, hər iş dəqiqəsi sistem tərəfindən izlənilən əməkdaşın və ya işi bir gecədə avtomatlaşdırma nəticəsində aradan qalxan şəxsin qarşılaşdığı vəziyyətlərdə süni intellekt artıq gələcəyin abstrakt anlayışı deyil, gündəlik reallıqdır. Süni intellekt insanı yorucu, təkrarlanan və təhlükəli işlərdən azad edə bilər. O, məhsuldarlığı artırır, qərarverməni sürətləndirir və tamamilə yeni iqtisadi sahələrin yaranmasına şərait yaradır".
İ.Yuhas vurğulayıb ki, əhalinin yaşlandığı və işçi qüvvəsi çatışmazlığının olduğu cəmiyyətlərdə bu texnologiyalar həmin boşluğu azaltmağa kömək edə bilər:
"Təhlükəli işlərdə insan həyatını və əmək təhlükəsizliyini qoruya bilər. Əlilliyi olan şəxslərə daha müstəqil çalışma imkanı yaradır, dillər arasındakı maneələri tərcümə vasitəsilə aradan qaldırır və uzaq bölgələrdə yaşayan gənclər üçün əvvəllər əlçatmaz olan biliklərə çıxış imkanı açır. Düzgün və məsuliyyətli istifadə edildikdə texnologiya insanı əvəz etmir, əksinə, onun imkanlarını genişləndirir. Lakin ombudsmanın vəzifəsi yalnız imkanları deyil, riskləri də görməkdir. Bu risklər də kifayət qədər ciddidir".
Oxşar xəbərlər
Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb
Səbinə Əliyeva: Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır
"Freedom Holding": "Süni intellekt insan ekspertizasının dəyərini azaldır"
Pakistanlı Ombudsman: Süni intellekt insanın köməkçisi olmalıdır, əvəzedicisi yox
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
