ICIEC Türkiyədə avtomobil yolunun maliyyələşdirilməsinə 150 milyon avroluq sığorta təminatı verib
İslam İnkişaf Bankı Qrupunun (İsDB) üzvü olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) Türkiyədə avtomobil yolu layihəsinin bir hissəsinin maliyyələşdirilməsinə 150 milyon avroluq sığorta təminatı verib.
"Sizinxeber.az" Bankın yaydığı məlumata istinadən xəbər verir ki, bununla bağlı saziş Bakıda keçirilən İsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində imzalanıb.
Məlumata görə, ICIEC Türkiyədə həyata keçirilən Kınalı-Təkirdağ-Çanaqqala-Savaştəpə avtomobil yolu layihəsinin Kınalı-Malkara hissəsinin maliyyələşdirilməsinə dəstək verəcək.
Dəyəri 150 milyon avro olan maliyyələşdirmə mexanizmi "Standard Chartered", "DZ Bank AG" və "ING Bank"ın daxil olduğu banklar qrupu adından "Standard Chartered" tərəfindən təşkil edilib. ICIEC "Çanakkale Otoyol ve Köprüsü İnşaat Yatırım ve İşletme A.Ş." tərəfindən inşa edilən strateji nəqliyyat infrastrukturu layihəsini dəstəkləməklə Suveren Maliyyə Öhdəliklərinin İcra Edilməməsi Riskinə Qarşı Sığorta (NHSFO) proqramı vasitəsilə 95 % sığorta təminatı təqdim edir.
Xatırladaq ki, Kınalı-Malkara avtomobil yolu Türkiyənin daha geniş Kınalı-Təkirdağ-Çanaqqala-Savaştəpə avtomobil yolu dəhlizinin əsas seqmentini təşkil edir. İcrası yekunlaşdıqdan sonra layihənin səyahət müddətini qısaltması, səfərlərin etibarlılığını artırması, nəqliyyat xərclərini aşağı salması və Frakiya bölgəsi, eləcə də digər regional əlaqələri möhkəmləndirməsi gözlənilir. Magistral yolun malların və sərnişinlərin hərəkətini asanlaşdırmaq, sənaye və kənd təsərrüfatı logistikasını inkişaf etdirmək, investisiyaları cəlb etmək və nəqliyyat, logistika, inşaat, turizm, habelə əlaqədar sektorlarda yeni iş yerləri yaratmaqla regional iqtisadi artımı dəstəkləməsi də proqnozlaşdırılır. Nəqliyyat axınını mövcud yollardan və sıx məskunlaşılmış ərazilərdən fərqli istiqamətə yönəltməklə layihə həm də yollardakı sıxlığın aradan qaldırılmasına və yol hərəkəti təhlükəsizliyinin artırılmasına töhfə verəcək.
Oxşar xəbərlər
Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub
ICIEC indiyə qədər Azərbaycanda 164 milyon dollarlıq biznes sığortası əməliyyatları həyata keçirib
Yasser Alaki: "IsDB Azərbaycan şirkətlərinin süni intellekt layihələrinə maliyyə dəstəyi verməyə hazırdır"
ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
ICIEC SOCAR-ın ixracı genişləndirməsinə və enerji layihələrinə dəstək verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
