IsDB: Azərbaycanla dəyəri 430 milyon dollardan çox olan iri layihə üzərində işləyirik
İslam İnkişaf Bankı (IsDB) Qrupu Azərbaycanla dəyəri 430 milyon ABŞ dollarından çox olan iri layihə üzərində işləyir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçirilən Qrupun 2026-cı İllik Toplantısı çərçivəsində Qrupun Prezidenti Məhəmməd Əl-Casir bildirib.
"Münasibətlərimizin başlanmasından bəri Azərbaycanda ümumi dəyəri 1,3 milyard ABŞ dollarından çox olan layihələri maliyyələşdirmişik, Qarabağın işğaldan azad edilməsindən sonra bu əməkdaşlığı daha da inkişaf etdiririk. Mən bölgədə həyata keçirilən işlərlə yaxından tanış olmaq üçün Qarabağa iki dəfə səfər etmişəm və orada gedən inkişaf həqiqətən heyranedicidir. Qarabağda maliyyələşdirdiyimiz ilk layihə su və suvarma sistemi ilə bağlı olub. Hazırda sə dəyəri 430 milyon dollardan çox olan iri layihə üzərində işləyirik. Layihə su ehtiyatlarının daha səmərəli idarə olunmasına, köhnəlmiş və zədələnmiş kanalların bərpasına, eləcə də sızmalar nəticəsində yaranan itkilərin qarşısının alınmasına xidmət edir", - deyə o qeyd edib.
Bundan başqa, Əl-Casir deyib ki, magistral və avtomobil yolları, hətta dəmir yolu infrastrukturu da daxil olmaqla digər istiqamətlər üzrə layihələr nəzərdən keçirilir: "Hazırda hökumətin qiymətləndirdiyi və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan transformativ layihələrə xüsusi diqqət ayırırıq. Azərbaycan Prezidenti, hökuməti və xalqının tərəfdaşı olmaqdan qürur duyuruq. Hesab edirik ki, bu layihələrin reallaşdırılması prosesində ölkəyə əlavə dəyər qazandırmağa davam edə bilərik".
Oxşar xəbərlər
Məhəmməd Süleyman Əl-Casir: İslam İnkişaf Bankı Qrupunun Azərbaycanla əməkdaşlığı genişlənib
IsDB Azərbaycanla 430 mln. dollardan çox böyük layihə üzərində çalışır
IsDB qrupunun Bakıdakı keçiriləcək illik toplantılarına hazırlıq müzakirə edilib
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Məhəmməd Əl-Casir: "IDB Qarabağda ilk layihə üçün 97 milyon ABŞ dolları kredit ayırır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
