ABA və ADFIMI bank sektorundakı mövcud tendensiyaları müzakirə ediblər
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin icraçı direktoru Yunus Abdulov İslam İnkişaf Bankına (IsDB) üzv ölkələrdə fəaliyyət göstərən Milli İnkişafın Maliyyələşdirilməsi Qurumları Assosiasiyasının (ADFIMI) baş katibi İlhami Öztürk ilə görüşüb.
"Report" bu barədə ABA-ya istinadən verir.
Məlumata görə, görüşdə Y.Abdulov Azərbaycan bank sektorunun hazırkı vəziyyəti, son illərdə əldə olunan nailiyyətlər, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən təşəbbüslər və maliyyə sektorunda aparılan islahatlar barədə məlumat verib.
Eyni zamanda, ABA-nın nəzdində yaradılmış İslami Bankçılıq Şurasının fəaliyyəti, əsas məqsədləri və ölkədə islami maliyyə alətlərinin inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Tərəflər bank sektorunda mövcud tendensiyalar, islami maliyyənin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda gələcək əməkdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan Türkiyə Banklar Birliyinin İllik Toplantısında iştirak edib
Azərbaycan və Yaponiya bankçılıq sektorunda əməkdaşlığı genişləndirilməsini müzakirə edib
Azərbaycan və Çin bank sektorunda institusional əməkdaşlığı dərinləşdirə bilər
"Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev ABA-nı 35 illiyi münasibətilə təbrik edib
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
