Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"
Azərbaycanın bank sektoru və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişlənməsi, xüsusilə Azərbaycan-Ərəb Koordinasiya Qrupu çərçivəsində qurulan tərəfdaşlıqlar iri infrastruktur layihələrinin - boru kəmərlərinin, dəmir yollarının və avtomobil yollarının maliyyələşdirilməsinə töhfə verir.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezident İlham Əliyevin də iştirak etdiyi Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib.
M. Cabbarov Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi inkişaf strategiyasını və beynəlxalq tərəfdaşlıqların bu prosesdə rolunu vurğulayıb.
Eyni zamanda, iqtisadi siyasətin əsas prioritetləri kimi özəl sektorun inkişafını, insan kapitalının gücləndirilməsini və texnoloji tərəqqini qeyd edib.
Nazir, həmçinin İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli əməkdaşlığın əhəmiyyətinə toxunaraq, müxtəlif ölkələr üçün ticarətin və hərəkətliliyin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
M. Cabbarov Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi və iqtisadi inkişafın dayanıqlı əsaslar üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub
Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycanın inkişafında mühüm rol oynayıb"
Nazir: "İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır"
Nazir: "Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan konkret nəticələr əldə edir"
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
