IsDB Azərbaycanla 430 mln. dollardan çox böyük layihə üzərində çalışır
Qarabağın azad edilməsindən sonra İslam İnkişaf Bankı Qrupunun Azərbaycanla əməkdaşlığı genişlənib.
APA xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casir Bakıda keçirilən IsDB Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan tədbirdə Azərbaycanla qrup arasındakı əməkdaşlıqdan danışarkən deyib.
O bildirib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uzun illərdir davam edir və bu müddət ərzində müxtəlif layihələr həyata keçirilib.
“Əlaqələrimiz başladığı vaxtdan indiyədək Azərbaycanda 1,3 milyard ABŞ dollarından çox layihəmiz olub. Hazırda isə bu tempi daha da sürətləndiririk, xüsusilə Qarabağın azad edilməsindən sonra əməkdaşlığımız genişlənir”, – Məhəmməd Süleyman Əl-Casir bildirib.
IsDB Qrupunun sədri qeyd edib ki, Qarabağda gedən bərpa və yenidənqurma işlərini yerində görmək üçün bölgəyə iki dəfə səfər edib.
“Baş verən inkişaf olduqca təsiredicidir. İlk maliyyələşdirdiyimiz layihələrdən biri su və irriqasiya sistemi ilə bağlı idi. Hazırda isə 430 milyon ABŞ dollarından çox böyük bir layihə üzərində çalışırıq. Bu layihə kanalların bərpasını və su itkisinin qarşısının alınmasını nəzərdə tutur”, – o vurğulayıb.
Məhəmməd Süleyman Əl-Casir əlavə edib ki, bank Azərbaycan üçün digər mühüm infrastruktur sahələrində də layihələri nəzərdən keçirir.
“Biz avtomobil yolları, nəqliyyat infrastrukturu və hətta dəmir yolları da daxil olmaqla digər sahələrə baxırıq. Hökumətin yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı transformasiya xarakterli layihələri dəstəkləməyə hazırıq”, – IsDB rəhbəri bildirib.
O qeyd edib ki, İslam İnkişaf Bankı Azərbaycan Prezidenti və hökuməti üçün etibarlı tərəfdaş olmaqdan qürur duyur.
“Biz bu layihələrin həyata keçirilməsinə əlavə dəyər və təcrübə gətirə biləcəyimizə inanırıq”, – Məhəmməd Süleyman Əl-Casir bildirib.
Oxşar xəbərlər
Məhəmməd Süleyman Əl-Casir: İslam İnkişaf Bankı Qrupunun Azərbaycanla əməkdaşlığı genişlənib
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycan real iqtisadi sıçrayış üçün hazır vəziyyətdədir
IsDB: Azərbaycanla dəyəri 430 milyon dollardan çox olan iri layihə üzərində işləyirik
IsDB prezidenti: "Azərbaycan böyük inkişaf perspektivlərinə malik ölkədir"
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
