Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
sizinxeber.az xəbər saytı

Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"


Dünya çempionatında qələbə asan əldə olunmur.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Qana millisinin baş məşqçisi Karluş Keyroş Panama ilə DÇ-2026-nın qrup mərhələsinin I tur oyunundan sonra deyib.

Mütəxəssis çətin matçda qələbə qazandıqlarını bildirib:

"Yorğunam! Bu, çox çətin və gərgin oyun oldu. Dünya çempionatında bu cür qələbələr asan əldə olunmur. Amma futbolçularım göstərdilər ki, qələbə qazanmaq üçün yüksək bədəl ödəməyə hazırdırlar".

K.Keyroş rəqib komandanın pis çıxış etmədiyini söyləyib:

"Panama çox ağıllı və sürətli oynadı. Biz əziyyət çəkməli və diqqətli olmalı idik. Mübarizəni davam etdirdik və oyunda qalib gəlmək üçün düzgün yolu tapdıq.

Komanda kimi inkişaf edirik və futbolçular qarşılaşmanı daha yaxşı başa düşürlər. Rəqib bizdən üstün olanda həyatımız bahasına mübarizə aparırıq".

Qeyd edək ki, Qana millisi DÇ-2026-nın qrup mərhələsinin I turunda Panama yığmasını 1:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Tomas Kristiansen: "Hamıya göstərmək istəyirik ki, Panamanı məğlub etmək asan deyil"
DÇ-2026: Qana - Panama oyunu başlayıb
DÇ-2026: Qana Panama ilə qarşılaşıb, "Turan Tovuz"un futbolçusu ehtiyatda qalıb - YENİLƏNİB-3
DÇ-2026: "Mançester Siti"li futbolçu Qana - Panama matçının ən yaxşısı olub
Mahir Emreli: “İlk qələbə asan əldə olunmur”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər