Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb
sizinxeber.az xəbər saytı

Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb


Böyük Britaniyanın silahlı qüvvələri Rusiyanın "kölgə donanması" ilə əlaqələndirilən neft tankerini La-Manş boğazından keçməyə cəhd edərkən saxlayıb.

Reuters-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib. Onun sözlərinə görə, əməliyyat bazar günü səhər saatlarında həyata keçirilib.

Məlumatda qeyd edilir ki, Kral Dəniz Piyadalarının hərbçiləri və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin əməkdaşları "SMYRTOS" adlı tankerin göyərtəsinə çıxıblar. Hazırda gəmi Böyük Britaniyanın cənub sahilləri yaxınlığında saxlanılır və araşdırma aparılır.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, əməliyyat milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.

Kir Starmer bu əməliyyatın Rusiyaya qarşı növbəti zərbə olduğunu qeyd edib.

"Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurur. Putinin Ukraynadakı müharibəsini maliyyələşdirənlər görür ki, onlar gizlənə bilməyəcəklər", - deyə Britaniyanın baş naziri vurğulayıb.

Qərb ölkələri "kölgə donanması" adlandırılan gəmilər şəbəkəsinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınaraq neft ixracını davam etdirmək üçün istifadə edildiyini bildirirlər. Moskva isə bu ittihamları rədd edir.

Oxşar xəbərlər

Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Starmer və Tramp Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
Böyük Britaniyanın Baş naziri Meloni ilə görüşüb
ABŞ Oman körfəzində neft tankerinə atəş açıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər