Səbinə Əliyeva: Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır
Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, artıq süni intellekt yalnız texniki alət deyil, həmçinin dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, əmək münasibətlərində, media və informasiya mühitində, habelə hüquq-mühafizə və məhkəmə fəaliyyətində əhəmiyyətli vasitəyə çevrilib:
"Odur ki, süni intellekt sistemləri qanunçuluq, şəffaflıq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır. Bu baxımdan milli insan hüquqları təsisatlarının, xüsusilə ombudsman institutlarının üzərinə mühüm vəzifələr düşür. Bu təsisatlar pozulmuş hüquqların bərpası ilə yanaşı, monitorinq, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə rəqəmsal transformasiya dövründə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli töhfə verirlər".
S.Əliyeva qeyd edib ki, Azərbaycan Ombudsmanı öz mandatı çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətini araşdırır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər verir, dövlət proqramlarının icrası prosesinin təhlilini, habelə müvafiq sahədə təşviqat fəaliyyətini həyata keçirir.
Oxşar xəbərlər
Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Azərbaycan Prezidenti Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Ombudsman: İnnovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır
Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
