Pit Heqset: İranın nüvə yanacağı beynəlxalq nəzarət altında olacaq
sizinxeber.az xəbər saytı

Pit Heqset: İranın nüvə yanacağı beynəlxalq nəzarət altında olacaq


İranın yüksək dərəcədə zənginləşdirilmiş bütün nüvə yanacağı ABŞ-nin və ya beynəlxalq təşkilatların nəzarəti altında olacaq.

"Report"un məlumatına görə, Pentaqon rəhbəri Pit Heqset bu barədə "CBS News" telekanalına müsahibəsində bildirib.

Heqsetin sözlərinə görə, materiallara nəzarət yoxlamalar və monitorinq məlumatlarına əsaslanacaq.

"Biz bu nüvə materialını hər zaman olduğu kimi izləyirik və istənilən razılaşma nəticələrə və məlumatlara əsaslanacaq. ABŞ və ya beynəlxalq təşkilatlar tərəfindən yoxlamalar və nəzarət olacaq", - o deyib.

Heqset vurğulayıb ki, nəzarət mexanizmi ABŞ-nin iştirak etdiyi danışıqlar prosesi vasitəsilə həyata keçiriləcək və hərbi təminatlarla dəstəklənəcək.

"Lakin bu, ABŞ tərəfindən bizim danışıqçılarımız vasitəsilə, hərbi qüvvələrin və gücün qarant kimi istifadəsi ilə müəyyən edilmiş nəzarət olacaq. Əgər İran buna tabe olmasa, onda məsələ ilə yenidən (ABŞ-nin red.) Hərb Nazirliyi ilə məşğul olmalı olacaq, hansı ki biz bundan yayınmağı üstün tutardıq", - o əlavə edib.

Oxşar xəbərlər

Pit Heqset: Hörmüz boğazından keçid zamanı İranın sərhədləri pozulmayacaq
Pit Heqset: Tramp İrana qarşı mərhəmətli olub
Pentaqon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
İran bunu edərsə kütləvi zərbə endiriləcək... - Heqset
Pentaqon rəhbəri: Tramp hələ də İranla razılığa gəlməyi düşünür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər