Abşeronda 19 min manatlıq elektrik naqilləri oğurlanıb
sizinxeber.az xəbər saytı

Abşeronda 19 min manatlıq elektrik naqilləri oğurlanıb


Abşeronda 19 min manatlıq elektrik naqilləri oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da müəyyən edilib.

Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Abşeronda 19 min manatlıq oğurluq edilib
Abşeronda ödəmə terminallarından 39 min manata yaxın pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Abşeronda evlərdən 12 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda evdən 9 min 950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb
Bakıda evdən 9950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər