Abşeronda 19 min manatlıq oğurluq edilib
Abşeronda oğurluq edən şəxslər saxlanılıblar.
Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da müəyyən edilib.
Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Abşeronda 19 min manatlıq elektrik naqilləri oğurlanıb
Abşeronda 8 avtomobildən və 6 evdən oğurluq edilib - VİDEO
Ağdaşda 7 min manatlıq internet xətləri kəsilərək oğurlanıb
Siyəzəndə polisinin əməliyyatları zamanı 4 nəfər saxlanılıb
Sumqayıt və Abşeronda 26 min manatlıq oğurluq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
