DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.
Apasport.az xəbər verir ki, L qrupunda İngiltərə millisi Xorvatiya ilə qarşılaşıb.
Görüşə Bakı vaxtı ilə iyunun 18-də saat 00:00-da start verilib.
İngilislər oyuna qolla başlayıblar. Modriçin cərimə meydançasında Maduekeyə qarşı kobud oyunu penaltiyə səbəb olub. 10-cu dəqiqədə topun arxasına keçən Harri Keynin zərbəsini Livakoviç dəf etsə də, hakim Kleman Turpen xorvatiyalı qapıçının zərbə anında qapı xəttini tərk etdiyini müəyyənləşdirib. Bu səbəbdən 11 metrlik cərimə zərbəsi təkrarlanıb. Yenidən topun arxasına keçən Keyn bu dəfə fürsəti boşa verməyib – 1:0.
36-cı dəqiqədə xorvatlar hesabı bərabərləşdirib. Martin Baturina qarşısıalınmaz zərbəylə topu Cordan Pikfordun qoruduğu qapıdan keçirib: 1:1.
Bu qoldan 6 dəqiqə sonra İngiltərə yenidən hesabda önə keçib. Deklan Raysın yerinə yetirdiyi küncdən zərbədən sonra Harri Keyn topu başla qapıdan keçirib: 2:1.
İlk hissənin son saniyəsində Xorvatiya yenidən hesabda tarazlığı bərpa edib. Perişiçin ötürməsindən sonra Petar Musa birinci yarının nəticəsini təyin edib: 2:2.
İngiltərə millisi ikinci hissəyə də qolla başlayıb. Sağ cinahdan topla cərimə meydançasına daxil olan Cud Bellingem topu qapının uzaq küncünə göndərib: 3:2
84-cü dəqiqədə İngiltərə hesab arasındakı fərqi 2-yə çatdırıb. Bu dəfə Markus Reşford fərqlənib.
Görüş bu hesabla başa çatıb: 4:2.
DÇ-2026
L qrupu
18 iyun
00:00. İngiltərə – Xorvatiya 4:2
Qol: H. Keyn, 12, 42, M. Baturina, 36, P. Musa, 45+5, C. Bellingem, 47, M. Reşford, 84
İngiltərə: Pikford, Ceyms, Konsa, Stounz, O’Rayli, Anderson, Rays, Madueke, Bellinqem, Qordon, Keyn.
Xorvatiya: Livakoviç, Stanişiç, Qvardiol, Şutalo, Perişiç, Modriç, Baturina, Paşaliç, P. Suçiç, Vuškoviç, Musa.
Oxşar xəbərlər
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - YENİLƏNİR-4
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda beşinci qol vurulub - YENİLƏNİR-6
İngiltərə DÇ-2026-ya Xorvatiya üzərində böyükhesablı qələbə ilə başlayıb - YENİLƏNİB-8
DÇ-2026: İngiltərə Xorvatiyanın qapısına 4-cü qolu vurub - YENİLƏNİR-7
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
