Azərbaycan və Bosniya-Herseqovina ombudsmanları əməkdaşlıq sənədi imzalayıb
Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Bosniya və Herseqovina ombudsmanları Nives Cukiç (Nives Jukić), Nevenko Vranjes (Nevenko Vranješ) və Jasminka Cumhur (Jasminka Džumhur) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
"Report" xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.
Ombudsman Səbinə Əliyeva imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacağını qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan ilə Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Slovakiya ombudsmanları əməkdaşlığı müzakirə ediblər
Ombudsman Aparatı ilə AHİK arasında Memorandum imzalanıb
Ombudsman: Prezidentin insan hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələri fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaq
Səbinə Əliyeva: Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
