Məhəmməd Əl-Casir: "Mərkəzi Asiya və Qafqazda siyasi maneələrin böyük hissəsi aradan qaldırılıb"
Mərkəzi Asiya və Qafqaz ölkələri siyasi maneələrin böyük hissəsini aradan qaldırıblar.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində Qrupun Prezidenti Məhəmməd Əl-Casir bildirib.
"Mən bu regiona ilk səfərim zamanı anladım ki, Qafqaz və Mərkəzi Asiya ölkələri müstəqillik əldə etdikdən sonra özlərini dənizə çıxışı olmayan mürəkkəb coğrafi şəraitdə tapıb. Bu, dəyişdirilməsi mümkün olmayan reallıqdır, lakin iqtisadi inkişaf üçün onunla hesablaşmaq vacibdir. Region ölkələri bu istiqamətdə mühüm addımlar atdı və nəzərəçarpacaq nəticələr əldə etdilər. Bununla belə, onlar başa düşdü ki, Sovet dövründən miras qalmış siyasi-iqtisadi parçalanmanı aradan qaldırmaq lazımdır. Nəticədə region ölkələri inteqrasiyanın yeganə səmərəli çıxış yolu olduğunu dərk etdilər. Çünki parçalanma heç bir ölkənin seçmək istəyəcəyi inkişaf modeli deyil. Coğrafi çətinliklərə baxmayaraq, region dövlətləri qonşuları ilə əlaqələri gücləndirməyə başladılar. Hesab edirəm ki, onlar siyasi maneələrin böyük hissəsini aradan qaldıraraq regional və transformativ layihələrin həyata keçirilməsinə nail olublar. Bu layihələr yalnız onların reallaşdırıldığı ölkələrə deyil, bütövlükdə regiona fayda verir", - deyə o qeyd edib.
Ə.Casirin sözlərinə görə, regionda hidroenerji layihələrinin sayı artır: "Bu layihələr elektrik enerjisi istehsalını genişləndirməklə yanaşı, su ehtiyatlarından daha səmərəli istifadəni təmin edir ki, bu da kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir. Lakin ən vacib məqam ondan ibarətdir ki, bu faydaların maksimum səviyyədə reallaşdırılması üçün ölkələr qonşuları ilə əməkdaşlıq etməlidirlər. Ola bilsin ki, bu əməkdaşlıq zərurətdən yaranıb, lakin nəticələr göstərir ki, inteqrasiya parçalanmadan qat-qat effektiv inkişaf modelidir. Məhz belə platformalar vasitəsilə region daxilində və onun hüdudlarından kənarda rifahın yayılması mümkün olur. Bu baxımdan seçilmiş mövzu Azərbaycanın tətbiq etdiyi inkişaf modelinə tam uyğundur. Eyni zamanda, bu yanaşma yalnız bu region üçün xarakterik deyil. Qərbi, Şərqi və Şimali Afrikada, Yaxın Şərqdə də oxşar inteqrasiya prosesləri müşahidə olunur və IsDB bu təşəbbüsləri dəstəkləyir".
"Məsələn, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən layihələrə baxmaq kifayətdir. Səudiyyə Ərəbistanı ilə Misir arasında qurulan enerji əlaqələrinin gələcəkdə Suriya, İordaniya, Türkiyə və Avropaya qədər genişlənməsi nəzərdə tutulur. Bu əlaqələr Avropanın enerji təminatında da mühüm rol oynaya bilər. Bütün bunlar göstərir ki, inteqrasiya inkişaf üçün mühüm vasitədir. Onun yaratdığı imkanlar nəzərə alınmalı və bu modeldən maksimum faydalanmaq üçün əməkdaşlıq daha da gücləndirilməlidir", - deyə Qrupun prezidenti əlavə edib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə üç aktiv investisiya fondu yaradıb"
Dünya Bankı: Regionda inteqrasiyanın dərinləşməsi gənclərə yeni perspektivlər açır
Mirzoyan: Ermənistan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
IsDB prezidenti: "Azərbaycan böyük inkişaf perspektivlərinə malik ölkədir"
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycan real iqtisadi sıçrayış üçün hazır vəziyyətdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
