İslam İnkişaf Bankının rəhbəri Azərbaycanı sürətli transformasiya nümunəsi adlandırıb
Bakı və Azərbaycan genişmiqyaslı transformasiya, dayanıqlı tərəqqi və keçmişə nəzər salmadan irəliyə getmək bacarığının bariz nümunəsidir.
"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir IsDB Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində deyib.
"Sovet dövrü artıq geridə qalıb. Bu gün bu torpağın sahibləri onun vətəndaşlarıdır və gələcək nəsillərin rifahı üçün ölkəni məhz onlar qurmalıdırlar. Əminəm ki, Bakının timsalında Azərbaycan burada inkişaf istəyinin həqiqətən böyük olduğunu inandırıcı şəkildə sübut edir", - M.Əl-Casir bildirib.
IsDB Qrupunun rəhbərinin sözlərinə görə, onun Azərbaycanla əməkdaşlığı hələ Beynəlxalq Valyuta Fondunda icraçı direktoru vəzifəsində çalışdığı, Azərbaycan və digər MDB dövlətlərinin isə təşkilata üzv olmaq üçün yeni müraciət etdikləri bir dövrdə başlayıb.
"Səudiyyə Ərəbistanı hökumətinin tapşırığı ilə mən bu dövlətlərin, o cümlədən Azərbaycanın təşkilata üzvlüyü prosesinə dəstək verilməsində fəal iştirak etmişəm. O vaxtdan, eləcə də sonradan artıq idarəedici kimi bu şəhərdə keçirdiyimiz əvvəlki illik toplantılara gəlmişəm. Geri dönüb baxdıqda, bu şəhərin necə əsaslı şəkildə dəyişdiyini görmək üçün iqtisadçı və ya təcrübəli analitik olmaq mütləq deyil", - o əlavə edib.
M.Əl-Casir vurğulayıb ki, Bakı və bütövlükdə Azərbaycan cənubu şimalla, şərqi isə qərblə birləşdirən əsl sivilizasiyalar qovşağıdır.
"O, inkişafın təkbaşına qeyri-mümkün olduğunu əyani şəkildə nümayiş etdirdi. Qonşu ölkələrlə möhkəm əlaqələr qurmaq lazımdır. Mən may ayında burada olarkən azad iqtisadi zonaya baş çəkdim və yük hava limanına baxış keçirdim. Bu liman ölkənin ixrac-idxal əməliyyatlarına kömək etmək məqsədilə inşa edilib. Lakin burada əldə edilənlərlə kifayətlənmirlər. Onlar qətiyyətlə hərəkət edir və nəzərdə tutulanları həyata keçirirlər. Bütün bunlar baxış bucağından asılı olaraq bir çox nailiyyətləri simvolizə edir. Ən doğru baxış bucağı sözsüz ki, inkişaf perspektividir. Hesab edirəm ki, bu ölkə və şəhər əsl iqtisadi yüksəlişin astanasındadır. Bunu təsdiqləmək üçün isə uzağa getmək lazım deyil: konfrans mərkəzinin və ya hotellərin yaxınlığındakı küçələrdən hər hansı birində gəzmək kifayətdir ki, burada həqiqətən əsl quruculuq prosesinin getdiyinə əmin olasan", - IsDB Qrupunun sədri qeyd edib.
Oxşar xəbərlər
Məhəmməd Əl-Casir: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"
IsDB prezidenti: "Azərbaycan böyük inkişaf perspektivlərinə malik ölkədir"
Məhəmməd Süleyman Əl-Casir: İslam İnkişaf Bankı Qrupunun Azərbaycanla əməkdaşlığı genişlənib
Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək
Azərbaycan və IsDB strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
