BIRN: Şimali Koreyadan olan hakerlər Serbiya ilə Bosniya və Herseqovina vətəndaşlarının məlumatlarını oğurlayırlar
Şimali Koreyadan olan hakerlər Serbiya vətəndaşlarının kimliklərini oğurlayıb bundan beynəlxalq platformalarda iş tapmaq üçün istifadə edirlər.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Balkan ölkələrində fəaliyyət göstərən araşdırma şəbəkəsi BIRN məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyadan olan hakerlər Qərb şirkətlərində "frilans" iş tapmaq üçün xaricilərin kimlikləri oğurlayırlar və bundan zərərçəkənlər arasında Serbiya ilə Bosniya və Herseqovinadan olan şəxslər də var.
Onlar populyar "frilans" iş platforması olan "Guru" üzərində həmin kimliklərdən istifadə edərək ABŞ və Avropa şirkətlərində iş əldə etməyə çalışırlar.
Məlumata görə, burada məqsəd isə Şimali Koreya üçün gəlir yaratmaqdır.
Hesabatda qeyd olunur ki, bu gəlirlərin bir hissəsi ölkənin silah proqramı, daxili infrastruktur layihələri və istehlak mallarının alınmasına yönəldilir. Təkcə 2024-cü ildə Şimali Koreyanın dünya üzrə IT işçiləri vasitəsilə təxminən 350–800 milyon dollar qazandığı bildirilir.
Oxşar xəbərlər
Marko Curiç: Serbiya Avropa İttifaqına üzvlüyə sadiqdir
ABŞ Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib
Koreya yarımadası nüvə müharibəsinin astanasında olub
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri vəzifəsində rotasiya ilə dəyişiklik edilib
Vyetnam Cənubi Koreyadan "K9" özüyeriyən artilleriya qurğusu alır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər
