Amina Buayaş: İnsan hüquqları təsisatları innovasiyalara qarşı deyil
Milli hüquq müdafiə təsisatlarının əsas vəzifəsi ondan ibarətdir ki, texnoloji inkişaf hamının maraqlarına xidmət etsin, mövcud bərabərsizliyi gücləndirməsin və ya insanların hüquq və azadlıqlarına xələl gətirməsin.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) sədri Amina Buayaşın Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına videomüraciətində bildilirib.
Onun sözlərinə görə, bu təsisatlar innovasiyalara və texnologiyalara qarşı çıxmırlar və bir çox hallarda öz fəaliyyətlərində süni intellektdən və rəqəmsal alətlərdən fəal şəkildə istifadə edirlər.
Ə.Buayaş qeyd edib ki, milli hüquq müdafiə təsisatlarının işi rəqəmsal transformasiya və yeni texnologiyaların inkişafı şəraitində insan hüquqlarının mərkəzi rolunun qorunmasına yönəlib:
"Biz artıq mövcud olan bərabərsizliyi gücləndirən yox, hər kəsə fayda verən innovasiyalara can atırıq. Bizim işimiz mühüm əhəmiyyət kəsb edir. O, insan hüquqlarının rəqəmsal transformasiyanın və yeni texnologiyaların inkişafının mərkəzində qalmasına yönəlib. Bundan əlavə, süni intellektlə bağlı çağırışlar milli sərhədlərlə məhdudlaşmır. Buna görə də bu çağırışlar insan hüquqları sahəsində beynəlxalq hüquqa əsaslanmaqla bütün tərəflərin – dövlətlərin, institutların və beynəlxalq ictimaiyyətin – əlaqələndirilmiş əməkdaşlığını tələb edir".
Oxşar xəbərlər
Səbinə Əliyeva: Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır
Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb
Azərbaycan Prezidenti Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının illik konfransı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
