ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər, kəşfiyyat və silahlı qüvvələr üzrə komitələrinin yüksəkvəzifəli üzvləri Dövlət Departamentindən İranla bağlanmış anlaşma memorandumu barədə ətraflı məlumat təqdim etməyi tələb ediblər.
"Sizinxeber.az" "Axios"a istinadən xəbər verir ki, Dövlət Departamentinin rəhbəri Marko Rubioya müvafiq məktubu Qreq Miks, Cim Hayms və Adam Smit göndəriblər.
Sənəddə konqresmenlər memorandumun tam mətnini, həmçinin bütün müşayiətedici sazişləri və onun icra mexanizmlərini almağı gözlədiklərini bəyan ediblər. Onlar həmçinin ABŞ-nin İranla danışıqlar strategiyası və gələcək razılaşmalar barədə izahat tələb ediblər.
Bundan əlavə, qanunvericilər İranın raket proqramına və onun Yaxın Şərqdəki müttəfiq qüvvələrə dəstəyinə qoyula biləcək mümkün məhdudiyyətlər, eləcə də İranın dondurulmuş aktivləri və sanksiyaların yumşaldılması ilə bağlı planlar barədə məlumat istəyiblər.
ABŞ Dövlət Departamentindən bildirilib ki, administrasiya konqresi mütəmadi olaraq məlumatlandırır və Amerika ictimaiyyətinə şəffaf informasiya təqdim edir.
Bu arada, ABŞ Senatındakı bir sıra demokratlar sazişə şübhə ilə yanaşdıqlarını ifadə ediblər. Demokratik azlığın lideri Çak Şumer bəyan edib ki, Tramp administrasiyası danışıqları səmərəsiz aparıb. Senator Mark Uorner vurğulayıb ki, sənədi ABŞ-nin qələbəsi hesab etmək olmaz, Riçard Blümental isə sazişi "Amerika Birləşmiş Ştatlarının qeyd-şərtsiz təslim olması" kimi şərh edib.
Oxşar xəbərlər
"Mehr": ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
Ukrayna İranla daha bir memorandumu ləğv edib
Dövlət katibi ABŞ-nin İranla bağlı təklif və təhdidlərini açıqlayıb
Maliki: İranın təkliflərinin böyük hissəsi qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Azərbaycanla OPEC Fondu arasında gələcək inkişaf perspektivləri müzakirə olunub
