Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
sizinxeber.az xəbər saytı

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var


Ötən gecə Rusiya Xarkova kütləvi hücum edib.

"Unian"ın məlumatına görə, Rusiya silahlı qüvvələri Xarkovda təcili yardım xidmətinin xilasedicilərinə də zərbələr endirib, ölən və xəsarət alanlar var.
Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib ki, hücumların baş verdiyi yerlərdə çalışan xilasedicilər hədəf alınıb.

"Xarkovda Rusiya qüvvələrinin hücumu nəticəsində yanğınsöndürən beş xilasedici həlak olub. Ən azı beş nəfər yaralanıb", - Klimenko bildirib.

Nazir, həmçinin Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində mülki infrastruktura ciddi ziyan dəydiyini açıqlayıb.

Xarkov meri İqor Terexov şəhərin Şevçenkivski və Xolodnohirski rayonlarında partlayışlar olduğu barədə məlumat verib. Onun sözlərinə görə, mülki müəssisədə yanğın baş verib və xəsarət alanlar var.

Oxşar xəbərlər

İqor Terexov: Xarkovda Rusiya dronu YDM-ə düşüb, xəsarət alanlar var
Rusiyanın Xarkova hücumu nəticəsində xəsarət alanlar var
Rusiya Xarkovda mülki infrastruktura zərbələr endirib, 25 nəfər yaralanıb
Rusiya Xarkovda mülki infrastruktura zərbələr endirib, 44 nəfər yaralanıb - YENİLƏNİB
Klimenko: Son sutka ərzində Rusiyanın Ukraynaya zərbələri nəticəsində 14 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər