Boliviya nümayəndəsi: İnkişaf aborigen xalqların köçürülməsi hesabına olmamalıdır
sizinxeber.az xəbər saytı

Boliviya nümayəndəsi: İnkişaf aborigen xalqların köçürülməsi hesabına olmamalıdır


İnkişaf aborigen xalqların köçürülməsi hesabına olmamalıdır.

"APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Aborigen xalqların hüquqları: Müxtəlifliyi ilə bütün aborigen xalqlar üçün adekvat mənzil" adlı sessiyada Boliviyanın Suyu Suras xalqının yerli lideri və hüquqşünası Ronal Boriz Kruz Martinez deyib.

Onun sözlərinə görə, aborigen xalqlar üçün mənzil yalnız yaşayış yeri deyil, həm də mədəniyyət, adət-ənənələr və torpaqla bağlı həyat tərzinin bir hissəsidir.

Ronal Boriz Kruz Martinez bildirib ki, şəhərlərin genişlənməsi bəzi hallarda aborigen xalqların kollektiv torpaqlarında məcburi köçürülmələrə səbəb olur. Buna görə də şəhərsalma layihələri həyata keçirilərkən yerli icmaların əvvəlcədən məlumatlandırılmış razılığı alınmalıdır.

O vurğulayıb ki, aborigen xalqların kollektiv torpaq hüquqları qanunvericiliklə qorunmalı, mənzil layihələri isə onların iştirakı ilə hazırlanmalıdır.

Oxşar xəbərlər

Maria Munoz: Aborigen qadınlar torpaq sənədinə sahib olduqda bütün icmalar qazanır
UN-Habitat rəsmisi: Torpağın zorla alınması aborigen xalqların əsas problemlərindən biridir
Kanadada yerli icma razılıq hüququ uğrunda hökuməti məhkəməyə verib
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
İcraçı direktor: Dünyada qadın liderlər dəstəklənməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər