Prezident Avrasiya Milli Universitetinin rektoruna təbrik ünvanlayıb
sizinxeber.az xəbər saytı

Prezident Avrasiya Milli Universitetinin rektoruna təbrik ünvanlayıb


Prezident İlham Əliyev Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə heyətinin sədri-rektoru Yerlan Sıdıkova məktub göndərib.

Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:

Sizi və rəhbərlik etdiyiniz kollektivi əlamətdar yubiley – Lev Qumilyov adına Avrasiya Milli Universitetinin (AMU) yaranmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Yarandığı gündən etibarən AMU şərəfli yol keçərək mühüm uğurlara imza atmış, Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən biri, regionda mötəbər elm və təhsil mərkəzinə çevrilmişdir.

Professor-müəllim heyətinin peşəkarlığı və tədris prosesinin təşkilinə innovativ yanaşma sayəsində AMU bu gün yüksək keyfiyyətli təhsilin simvolu, qlobal əhəmiyyətli təhsil müəssisələrindən biri hesab olunur. Universitetin bir çox məzunları müstəqil Qazaxıstanın inkişafına və rifahına öz töhfələrini verirlər.

22 il ərzində bu şanlı elm ocağının fəxri professoru adını daşıdığım üçün böyük fərəh hissi duyuram.

Əminəm ki, AMU bundan sonra da dünyanın nüfuzlu universitetləri sırasındakı mövqeyini daha da möhkəmləndirəcək, fundamental elmin inkişafı və dövrün tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanması kimi ali missiyasına sədaqətlə xidmət edəcəkdir.

Bu əlamətdar yubiley günündə Sizə, Universitetin bütün professor-müəllim heyətinə və tələbələrinə möhkəm cansağlığı, tükənməz enerji, fəaliyyətinizdə yeni zirvələr və uğurlar arzulayıram”.

Oxşar xəbərlər

Qazaxıstan və Azərbaycan ali təhsil sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
Qarabağ Universitetinin Rektoru: Hədəflərimizdən biri də tədqiqat əsaslı ali məktəb olmaqdır - FOTO
Qarabağ Universitetinin tələbəsi: Gözlədiyimizdən də mükəmməl şərait yaradılıb
Prezident Yamaykanın Baş nazirinə məktub ünvanlayıb
Prezident Yamaykanın Baş nazirinə təbrik ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər