Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
Bu il yenidən Azərbaycanda Bakı İqlim həftəsi keçiriləcək.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərsalmada İqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi" sessiyada deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq və regional səviyyədə ətraf mühit üzrə əməkdaşlığa ciddi töhfələr verib:
"Ölkəmiz ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir. Hazırda Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub. Bunların sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliyyət göstərən bir sıra beynəlxalq konvensiyalar yer alır".
Nazir həmçinin xatırladıb ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edib:
"COP29-un nəticəsi olaraq bütün ölkələr İtki və Zərər Fondunun fəaliyyətə başlaması barədə razılığa gəldilər, Adaptasiya üzrə Yol Xəritəsi qəbul edildi, Bakı Maliyyə Hədəfi müəyyən edildi. Cari ilin 7-11 sentyabrında Konvensiyanın mandatı altında Bakı İqlim həftəsi keçiriləcək".
Qeyd edək ki, ilk dəfə Bakı İqlim həftəsi 2024-cü, ikinci analoji tədbir isə 2025-ci ildə keçirilib.
Oxşar xəbərlər
Nazir: Regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdənik
Rəşad İsmayılov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə görüşüb
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
