Braziliyalı nümayəndə: Mənzil əlçatanlığını genişləndirmək üçün müxtəlif qanunlar qəbul etmişik
Braziliyada şəhərlərdəki bərabərsizlikləri azaltmaq, mənzil əlçatanlığını genişləndirmək, həssas icmaları gücləndirmək və ekosistemi qorumaq üçün müxtəlif qanunlar qəbul olunub.
"Report" xəbər verir ki, bu barədə Brazilyanın Federal Əmlak Katibliyinin müavini Alessandra D'Avila WUF13 çərçivəsində təşkil olunan "Dövlət Əmlakının İdarə Edilməsi: Şəhər İnkişafında Torpaq Resurslarına Əsaslanan Strategiya" adlı tədbirdə bildirib.
O, Braziliyada mənzil və torpaq hüquqları ilə bağlı məsələlərə toxunub.
A.D'Avila bildirib ki, Braziliya Konstitusiyasında "Şəhər Hüququ" və "Torpaqların Sosial Funksiyası" kimi qanunlarda torpaqların sosial və ekoloji funksiyası təsbit olunub:
"Biz öz torpaqlarımıza xüsusi mülkiyyətdə olan torpaqların tənzimlənməsi üçün qəbul etdiyimiz qanunlarla eyni şəkildə yanaşırıq. Bu, şəhərlərdəki bərabərsizliyi azaltmaq, mənzil əlçatanlığını genişləndirmək, həssas icmaları gücləndirmək və ekosistemi qorumaq üçün strateji alət ola, davamlı şəhər inkişafını stimullaşdıra bilər. Bizim təşkilat mərkəzsizləşdirilmiş qurumdur. Hər bir ştatda fəaliyyət göstərən və həmin ərazinin, ərazi iştirakçılarının problemləri və tələbləri ilə dialoq quran strukturlarımız var. Biz bu regional idarələrdə forumlar yaratmışıq".
Onun sözlərinə görə bu forumlarda müxtəlif seqmentlərdən olan insanlar bir araya gəlir:
"Buraya sosial hərəkatlar, yerli hakimiyyət orqanları və ərazidə mövcud olan fərqli maraqlı tərəflər daxildir. Biz hər bir torpaq növü üçün nəyin ən yaxşı olduğunu bu forumlarda müzakirə etmək üçün bi araya gəlirik. Bizim nazirliklər arası komitəmiz var ki, o, hansı istifadənin daha yaxşı, hansının daha strateji olduğuna dair istiqamətlər verir. Bunu daha sürətli, daha yaxşı və daha şəffaf şəkildə etmək üçün rəqəmsallaşma prosesindən keçirik. Çünki torpaq mülkiyyəti hüququ ilə bağlı çoxlu problemlərimiz var. Bu barədə mübahisələr mövcuddur".
Oxşar xəbərlər
UN-Habitat şəhərsalma ilə bağlı tövsiyələrini 6 tematik sahə üzrə qruplaşdırıb
Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
Ombretta Tempra: "Mənzil tikintisi və modernizasiyasında ekoloji standartlar genişləndirilməlidir"
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Səudiyyə Ərəbistanında ipoteka bazarının ümumi dəyəri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
