Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2026
20:46
0
0
6 576
ff aaaaaaa

Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR

21 may, 2026
20:46
6 576

Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR

Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var?

Sizinxeber.Az bu dəfə həmin şəxslərə namizəd olduqları müddətdə tətbiq edilən güzəştlə bağlı araşdırma aparıb.

Belə ki,bələdiyyə üzvlüyünə namizəd seçki ərazisində ictimai nəqliyyatdan ödənişsiz istifadə edə bilər.

Seçki Məcəlləsinin 218.1-ci maddəsinə görə bələdiyyə üzvlüyünə namizəd qeydə alındığı gündən seçkilərin yekunları rəsmi dərc edildiyi günədək müvafiq seçki ərazisində gəliş-gediş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdir.

Yerli ozünüidarəetmənin həyata keçirilməsinin mühüm formalarından biri də bələdiyyə seçkiləridir.Seçkilər həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əhali tərəfindən qiymətləndirilməsinə və istiqamətləndirilməsinə, vaxtı çatmış problemlərin aşkara çıxarılıb həll olunması üçün tədbirlər görülməsinə imkan verir, əhalinin sosial fəallığının artmasına kömək edir. Yerli özünüidarəetmənin həyata keçirilmə forması kimi seçkilər, demək olar ki, bütün demokratik dövlətlərdə geniş tətbiq olunur. Respublikamızda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil edir.Bələdiyyələr, bir qayda olaraq bələdiyyə iclasından, daimi və başqa komissiyalardan və icra orqanından ibarətdir. Bələdiyyənin hər bir orqanının fəaliyyət qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul