UN-Habitat rəsmisi: Torpağın zorla alınması aborigen xalqların əsas problemlərindən biridir
sizinxeber.az xəbər saytı

UN-Habitat rəsmisi: Torpağın zorla alınması aborigen xalqların əsas problemlərindən biridir


Torpağın zorla alınması aborigen xalqların əsas problemlərindən biridir.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Aborigen xalqların hüquqları: Müxtəlifliyi ilə bütün aborigen xalqlar üçün adekvat mənzil" adlı sessiyada "UN-Habitat"ın Kanada üzrə ofisinin rəhbəri Omar Siddiqi deyib.

Onun sözlərinə görə, aborigen xalqların adekvat mənzilə çıxış sahəsində üzləşdikləri problemlərin kökündə tarixi ədalətsizliklər, müstəmləkəçilik və torpaqların sistemli şəkildə əllərindən alınması dayanır.

Omar Siddiqi bildirib ki, evsizlik, məcburi köçürülmə, torpaqların zəbt olunması və zorla çıxarılma halları dünyanın bir çox ölkəsində aborigen icmalar üçün ciddi problem olaraq qalır.

UN-Habitat rəsmisi vurğulayıb ki, aborigen xalqlar üçün adekvat mənzil torpaq, mədəniyyət və ənənəvi biliklərdən ayrı təsəvvür edilə bilməz. Onun sözlərinə görə, mənzil hüququnun təmin olunması aborigen xalqların qərarların qəbulunda iştirakını nəzərdə tutan hüquq əsaslı yanaşma tələb edir.

O əlavə edib ki, sessiyada hazırlanacaq tövsiyələr WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırışı”na (Baku Call to Action) daxil ediləcək və Yeni Şəhər Gündəliyinin icrasına dair gələcək müzakirələrdə nəzərə alınacaq.

Oxşar xəbərlər

Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
BMT nümayəndəsi: Afrika xalqları bu gün də tarixi zülmün nəticələri ilə üz-üzədir
Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra ediləcək
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Mavritaniyalı fəal: Əsas tələbimiz müstəmləkə ərazilərində yaşayan xalqların azadlığı və onlara qarşı diskriminasiyaya son qoyulmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər