UN-Habitatın icraçı direktoru: Mənzil məsələsinə yanaşmanı dəyişməliyik
sizinxeber.az xəbər saytı

UN-Habitatın icraçı direktoru: Mənzil məsələsinə yanaşmanı dəyişməliyik


"Mənzil məsələsinə yanaşmanı dəyişməliyik".

Sizinxeber.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib.

“Mənzil bir sənayedir. Bu sənaye böyük və kiçik biznesləri əhatə edən çox geniş dəyər zəncirinə malikdir. Mənzilə investisiya qoyulsa, bu, yerli iqtisadi inkişaf baxımından çoxaldıcı effekt yaradacaq. Beləliklə, insanların gəlirləri artacaq, icmalarda müsbət iqtisadi dövriyyə yaranacaq və bunun ölkələrin ÜDM-nə də təsiri olacaq. Mənzili sənaye və investisiya kimi qəbul etmək bərpa proseslərini nəzərə alarkən olduqca vacibdir. Çünki bu halda qoyulan vəsait daha çox gəlir yaradacaq”, - Rossbax qeyd edib.

O bildirib ki, BMT, qeyri-hökumət təşkilatları və beynəlxalq humanitar qurumlara ayrılan vəsait, əsasən, təcili və həyati əhəmiyyətli yardımlara yönəlib və uzunmüddətli mənzil təminatı üçün nəzərdə tutulmayıb.

Çıxışda vurğulanıb ki, inkişaf banklarının maliyyə portfellərində də mənzil sektorunun payı olduqca azdır: "Bu səbəbdən bir çox ölkələr mənzil problemini yalnız daxili maliyyə resursları hesabına həll etməyə çalışır. Daxili maliyyə sistemini formalaşdıra bilməyən ölkələr isə bu sahədə ciddi çətinliklərlə üzləşirlər. Nəticədə insanlar dəstək almır və müxtəlif yerlərə səpələnirlər. Bu isə cəmiyyət olaraq həll etməli olduğumuz struktur problemdir”.

Rossbaxın sözlərinə görə, humanitar planlaşdırma prosesində sosial kapitalın və icmaların gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır.

O bildirib ki, icmalar kiçik dəstəklə belə mərhələli və davamlı yaşayış həlləri formalaşdıra bilərlər: "Burada yerli hökumətlərin rolu da xüsusi vurğulanıb. Xidmətlərin təşkili və davamlı inkişafın təmin olunması üçün yerli idarəetmə strukturlarının gücləndirilməsi vacibdir".

Oxşar xəbərlər

UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
UN-Habitatın əməkdaşı: Ölkələr milli mənzil siyasətini müxtəlif yollarla həyata keçirirlər
UN-Habitatın bölmə direktoru: Mənzil təminatı qlobal koalisiyaların mərkəzində dayanmalıdır
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
UN-Habitatın icraçı direktoru: Azərbaycan dünyaya bəxş etdiyi daha bir irsi təmsil edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər