İçərişəhərin əmlak məlumatlarını birləşdirən rəqəmsal kadastr yaradılır
sizinxeber.az xəbər saytı

İçərişəhərin əmlak məlumatlarını birləşdirən rəqəmsal kadastr yaradılır


İçərişəhərin əmlak məlumatlarını birləşdirən rəqəmsal kadastr platforması yaradılır.

APA xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən sessiyada “Tarixi şəhərlərdə rəqəmsal transformasiya – ağıllı irs, məlumatlara əsaslanan idarəetmə və inklüziv şəhər gələcəyi” mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, platformada İçərişəhərə aid bütün əmlak məlumatları vahid sistemdə toplanılacaq. Çox böyük və unikal rəqəmsal platforma yaradılır və bütün məlumatlar orada yerləşdirilir.

Rüfət Mahmud onu da əlavə edib ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə həyata keçirilir.

Bununla yanaşı, hazırda İçərişəhərdə yaşayan sakinlərin siyahıyaalınması həyata keçirilir.

"İçərişəhərdə yaşayan sakinlərin sayını bu gün ancaq təxmini deyə bilirik. Hazırda əhalinin uçotu aparılır və bir neçə aydan sonra İçərişəhər haqqında tam məlumat bazamız olacaq. Toplanan məlumatlar gender bölgüsü, yaş kateqoriyaları, ailələrin gəlir mənbələri və sosial vəziyyətini əhatə edir. Bu datanın formalaşdırılması gələcək idarəetmə və xidmətlərin planlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır", - Rüfət Mahmud qeyd edib.

O vurğulayıb ki, hazırda qoruğun əməkdaşları və könüllülərdən ibarət qruplar qapı-qapı gəzərək sakinlər barədə məlumat toplayırlar.

Oxşar xəbərlər

Bir İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
UN-Habitat-ın icraçı direktoru: Nyu-Yorkda şəhərsalma gündəliyini yeniləyəcəyik
“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub
Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır
İcra prosesində hərraclar tam rəqəmsallaşıb, borclu şəxslərin hüquqları genişlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər