Kanadada yerli icma razılıq hüququ uğrunda hökuməti məhkəməyə verib
sizinxeber.az xəbər saytı

Kanadada yerli icma razılıq hüququ uğrunda hökuməti məhkəməyə verib


Kanadada yerli icma razılıq hüququ uğrunda hökuməti məhkəməyə verib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Aborigen xalqların hüquqları: Müxtəlifliyi ilə bütün aborigen xalqlar üçün adekvat mənzil" adlı sessiyada Hayda xalqının nümayəndəsi Penny Kerrigan deyib.

Onun sözlərinə görə, aborigen xalqlar üçün mənzil yalnız sosial proqram və ya infrastruktur məsələsi deyil, torpaq, mədəniyyət, idarəetmə və öz müqəddəratını təyin etmə hüququ ilə bağlı məsələdir.

Penny Kerrigan bildirib ki, aborigen xalqların mənzil hüquqlarının təmin olunması üçün torpaq hüquqlarının tanınması, əvvəlcədən məlumatlandırılmış razılıq və yerli icmaların qərarvermədə iştirakı vacibdir.

O qeyd edib ki, Hayda xalqı bu hüquqların tanınması üçün hökuməti məhkəməyə verib və nəticədə yerli icmaların əvvəlcədən məlumatlandırılmış razılıq hüququnun qorunmasına nail olub.

Kerrigan əlavə edib ki, aborigen xalqların mənzil məsələsinə yalnız sosial təminat deyil, hüquq və torpaq məsələsi kimi yanaşılmalıdır.

Oxşar xəbərlər

Boliviya nümayəndəsi: İnkişaf aborigen xalqların köçürülməsi hesabına olmamalıdır
Maria Munoz: Aborigen qadınlar torpaq sənədinə sahib olduqda bütün icmalar qazanır
UN-Habitat rəsmisi: Torpağın zorla alınması aborigen xalqların əsas problemlərindən biridir
İcraçı direktor: Dünyada qadın liderlər dəstəklənməlidir
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər