Kreml hərbi əməliyyatlar üzrə son tarixlə bağlı xəbərləri təkzib edib
sizinxeber.az xəbər saytı

Kreml hərbi əməliyyatlar üzrə son tarixlə bağlı xəbərləri təkzib edib


Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq üçün son tarix təyin etməsi ilə bağlı məlumatları təkzib edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Peskov "Bloomberg"ə şərhində bu məlumatın yalan olduğunu bildirib.

Qeyd edək ki, "Bloomberg" öz mənbələrinə istinadən Putinin Donbas üzərində tam nəzarəti ələ keçirmək şərti ilə bu ilin sonuna qədər münaqişəyə son qoymaq istədiyini yazıb. Mənbənin sözlərinə görə, Moskva həmçinin Avropa ilə Rusiyanın yeni ərazilərini effektiv şəkildə tanıyacaq daha geniş təhlükəsizlik müqaviləsi əldə etməyə çalışır.

Oxşar xəbərlər

Kreml Putinlə İlon Mask arasındakı əlaqə barədə xəbərləri yalan adlandırıb
Peskov: Moskva və Vaşinqton sülh naminə çox çalışırlar
KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib
Kreml: ABŞ-la yox, Ukrayna ilə razılaşma əldə olunmalıdır
Kreml: Moskva və Vaşinqton Ukraynada sülh istiqqmətində gərgin iş aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər