Maria Munoz: Aborigen qadınlar torpaq sənədinə sahib olduqda bütün icmalar qazanır
sizinxeber.az xəbər saytı

Maria Munoz: Aborigen qadınlar torpaq sənədinə sahib olduqda bütün icmalar qazanır


Aborigen qadınlar torpaq sənədinə sahib olduqda bütün icmalar qazanır.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Aborigen xalqların hüquqları: Müxtəlifliyi ilə bütün aborigen xalqlar üçün adekvat mənzil"adlı sessiyada Urban Housing Practitioners Hub platformasının nümayəndəsi Maria Munoz deyib.

Onun sözlərinə görə, məcburi köçürülmə təkcə evin itirilməsi deyil, həm də idarəetmə strukturlarının, nəsillərarası biliklərin və insanların yaşadıqları məkanla əlaqəsinin itirilməsi deməkdir.

Maria Munoz bildirib ki, Latın Amerikası ölkələrində həyata keçirilən təcrübələr göstərir ki, qadınlar torpaq və mənzil sənədlərinə sahib olduqda, tikinti və torpaq idarəçiliyi proseslərinə rəhbərlik etdikdə bundan bütün icmalar faydalanır.

O vurğulayıb ki, aborigen qadınlar bioklimatik dizayn, yerli tikinti materialları və su ehtiyatlarının idarə olunması sahəsində ənənəvi biliklərin əsas daşıyıcılarıdır.

Maria Munozun sözlərinə görə, aborigen xalqlar yardım alan tərəf deyil, innovasiya yaradan icmalardır. O qeyd edib ki, iqlim dəyişikliklərinə uyğunlaşan və mədəni xüsusiyyətləri nəzərə alan ən dayanıqlı mənzil həlləri məhz əsrlər boyu öz ərazilərində yaşayan icmalar tərəfindən formalaşdırılıb.

"Problem innovasiyanın olmaması deyil. Problem institutların bu innovasiyaları tanımaq, maliyyələşdirmək və genişləndirmək üçün yetərincə qurulmamasıdır", – deyə o əlavə edib.

Oxşar xəbərlər

UN-Habitat rəsmisi: Torpağın zorla alınması aborigen xalqların əsas problemlərindən biridir
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
İcraçı direktor: Dünyada qadın liderlər dəstəklənməlidir
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər