Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu WUF13-də "The Rights of Indigenous Peoples Roundtable: Adequate Housing for All Indigenous Peoples in Their Diversity" (Aborigen xalqların hüquqları: Müxtəlifliyi ilə bütün aborigen xalqlar üçün adekvat mənzil) adlı sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
O bildirib ki, sürətli urbanizasiya iqtisadi inkişaf və innovasiya üçün imkanlar yaratsa da, bir çox icmalar, o cümlədən aborigen xalqlar səhiyyə, təhsil, mənzil və məşğulluq imkanlarına çıxışda çətinliklərlə üzləşirlər.
Rəvan Həsənovun sözlərinə görə, Azərbaycanda "aborigen xalq" termini istifadə olunmasa da, ölkə əsrlər boyu mədəni, etnik və dini müxtəlifliyin mövcud olduğu məkan olub. O qeyd edib ki, Azərbaycanda müxtəlif dillərə, mədəniyyətlərə və inanclara malik 30-dan çox etnik qrup yaşayır və multikulturalizm həm həyat tərzi, həm də dövlət siyasətidir.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan azad edilmiş Qarabağ ərazilərində şəhərləri yenidən qurarkən müasirlik, innovasiya və müxtəlifliyin uzlaşdırılmasına xüsusi diqqət yetirir.
"Şəhər bizim üçün yalnız körpü, yol və ya bina deyil, həm də insanların yaşadığı sosial və mədəni mühitdir", – deyə o əlavə edib.
Rəvan Həsənov qeyd edib ki, tarixi abidələrin, dini ibadət yerlərinin və müxtəlif icmaların mədəni irsinin qorunması şəhərlərdə sosial həmrəyliyin və qarşılıqlı hörmətin güclənməsinə xidmət edir.
Oxşar xəbərlər
UN-Habitat rəsmisi: Torpağın zorla alınması aborigen xalqların əsas problemlərindən biridir
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Moskva İslam İnstitutunda Azərbaycan multikulturalizm modeli tədris olunacaq - FOTO
İcraçı direktor: İslamofobiyaya həsr edilmiş konfrans çıxış yollarının tapılması üçün imkandır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
