"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
sizinxeber.az xəbər saytı

"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər


İtaliya təmsilçisi "Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "La Stampa" nəşri məlumat yayıb.

Bildirilir ki, Turin təmsilçisi növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, italiyalı mütəxəssis istefa verə bilər.

Luçano Spalletti 2025-ci il oktyabrın 30-da "Yuventus"un baş məşqçisi təyin olunub. O, bir neçə həftə əvvəl klubla müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb. Buna baxmayaraq, mənbə çalışdırıcı ilə idman direktoru Damien Comolli arasında müəyyən gərginliyin yarandığını qeyd edib.

Hazırda A Seriyasında 6-cı pillədə qərarlaşan "Yuventus" son turda "Torino" ilə qarşılaşacaq. Komandanın Çempionlar Liqasına vəsiqə qazanması üçün tək qələbə kifayət etmir. "Qoca sinyora"nın eyni zamanda "Roma", "Milan" və "Komo"nun xal itirməsini gözləməsi lazım gələcək.

Məlumata görə, Spalletti mövsümün əsas hədəfini yerinə yetirilməyəcəyi halda, postundan ayrılmağa hazırdır.

Oxşar xəbərlər

"Yuventus" Luçano Spalletti ilə müqavilənin müddətini 2028-ci ilədək uzadıb
"Yuventus" Luçano Spalletti ilə müqavilənin müddətini uzatmağa hazırlaşır
Luçano Spalletti: Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik
Antonio Konte mövsümün sonunda "Napoli"dən ayrılacaq
“Yuventus” Çempionlar Liqasına vəsiqə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər