Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək
Tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 192.13-cü maddədə əksini tapıb.
Xətalar Məcəlləsinə təklif edilən yeni - 192.14-cü maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər min manat məbləğində cərimə ediləcək.
Oxşar xəbərlər
Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək
MM narkoloji xəstələrin işə qəbulunda işəgötürənin məsuliyyətinin artırılmasını qəbul edib
Narkoloji xəstələrin işə qəbulunun qarşısını almaq üçün işəgötürənin məsuliyyəti artırılır
Avtomobillə velosiped yollarında hərəkət edənlər və dayananlar 100 manat cərimələnəcək
Erkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
