Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşir
sizinxeber.az xəbər saytı

Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşir


Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 439-3-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" qanuna uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Oxşar xəbərlər

Qrant üzrə illik maliyyə hesabatını təqdim etməyən QHT-lər cərimələnəcək
Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfə artırılır
Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfə artırılacaq
"Maliyyə icarəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
QHT-lər tərəfindən qrant və ianələrin nəzarət orqanına təqdim edilməməsinə görə yeni cərimələr tətbiq olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər