WUF13-də müasir tikinti texnologiyalarının xeyrinə kərpicdən imtina etməyə çağırış edilib
sizinxeber.az xəbər saytı

WUF13-də müasir tikinti texnologiyalarının xeyrinə kərpicdən imtina etməyə çağırış edilib


Tikinti sahəsi kərpicin istifadəsindən uzaqlaşmalı və müasir tikinti texnologiyalarını mənimsəməlidir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Cənubi Afrikanın "Moladi Development" tikinti şirkətinin idarəedici direktoru Henni Botes Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyada bildirib.

H.Botes ənənəvi tikinti üsullarını tənqid edərək, kərpic hörgüsünü üç minillik tarixi olan köhnəlmiş texnologiya kimi xarakterizə edib. "Misirlilər üç min yarım il əvvəl kərpic qəlibləyirdilər və biz hələ də eyni işlə məşğuluq. Bu, Yohannesburqdan Bakıya at arabası ilə səyahət etməklə müqayisə oluna bilər", - o vurğulayıb.

H.Botes qeyd edib ki, tikinti sektorunun kəskin şəkildə transformasiyaya ehtiyacı var: ənənəvi yanaşmalar mənzil inşasında sürət və səmərəliliyi kifayət qədər təmin etmir, bununla yanaşı, böyük miqdarda tullantı yaradır və əhəmiyyətli dərəcədə karbon izi buraxır. Bundan başqa, o, Avropa memarlarının innovativ həllərin işlənib hazırlanmasında xeyli geri qaldığına, kərpic və məhluldan istifadəni davam etdirdiyinə, Afrika ölkələrinin isə fəal şəkildə alternativ üsullar axtarışında olduğuna diqqət çəkib.

"Mən səyləri milyonlarla işsizə mənzil inşası və ərzaq istehsalı bacarıqlarının öyrədilməsinə yönəltməyə və bununla da iki ən kəskin sosial problemin həllini birləşdirməyə çağırıram", - "Moladi Development" şirkətinin idarəedici direktoru əlavə edib.

Oxşar xəbərlər

WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib
Afrikada mənzil çatışmazlığı 2030-cu ilə qədər 130 milyona çatacaq
Ekspert: "Afrikada insanların çoxu evlərini mərhələli şəkildə özləri tikir"
UN-Habitat: Mənzil tikintisində dayanıqlılıq üçün yerli materialların təşviqi vacibdir
Lombardini: Azərbaycanın ənənəvi memarlığı davamlı tikinti üçün yeni həllər təklif edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər