Nazir müşaviri: Elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının 24 faizə çatdırılması planlaşdırılır
"Elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının 24 faizə çatdırılması planlaşdırılır".
Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.
O vurğulayıb ki, artıq rəqəmsal infrastruktur ölkənin 95 faizini əhatə edir:
“2021-ci ildə Bakıda keçirilmiş COP29-un yaratdığı dinamika bu sahədə dönüş nöqtəsi oldu. Bu tədbir iqlim maliyyələşməsi, yaşıl infrastruktur və davamlı inkişaf sahəsində konkret öhdəliklərin formalaşmasına səbəb oldu və iqtisadiyyatımızın, eləcə də şəhərsalma prioritetlərimizin istiqamətini müəyyənləşdirməyə davam edir. Biz dayanıqlılığı əlavə element kimi deyil, uzunmüddətli iqtisadi strategiyanın fundamental prinsipi kimi inteqrasiya edirik”.
Hüseyn Hüseynov bildirib ki, bu gün dünya əhalisinin 58 faizi şəhərlərdə yaşayır və bu göstəricinin 2050-ci ilə qədər təxminən 70 faizə çatacağı proqnozlaşdırılır. O qeyd edib ki, şəhərlər qlobal istixana qazı emissiyalarının 70 faizinə və enerji istehlakının 75 faizinə cavabdehdir: “1970–2021-ci illər arasında ekstremal hava və iqlim hadisələri nəticəsində iqtisadi itkilər 4,3 trilyon ABŞ dollarına çatıb və bu rəqəm artmaqda davam edir. Əhali artımı, şəhərlərin ölçüsünün böyüməsi və infrastruktur üzərində təzyiq daha da güclənəcək”.
Oxşar xəbərlər
Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı payı artırılacaq
Nazir: 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payı 35,5%-ə yüksələcək
UNCTAD-ın Baş katibi: Bərpa olunan enerji 80 faizə çatdırılmasa, iqlim böhranı qalacaq
Nazir: Özbəkistan yaşıl keçidi təşviq etmək üçün tədbirlər həyata keçirir
Naxçıvanda alternativ enerji istehsalı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
