Ana Kristina Tinka: Azərbaycan Cənubi Qafqazın ən vacib dövlətidir
sizinxeber.az xəbər saytı

Ana Kristina Tinka: Azərbaycan Cənubi Qafqazın ən vacib dövlətidir


Azərbaycanın hazırda sivilizasiyaların və xalqların qovuşduğu məkanda yerləşir və Cənubi Qafqazda əsas geostrateji mövqeyə malikdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Rumıniyanın Xarici İşlər Nazirliyinin (XİN) strateji məsələlər üzrə dövlət katibi - nazir müavini Ana Kristina Tinka Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbirdə deyib.

Cari ildə ikitərəfli əlaqələrin qurulmasının 35 illiyinin tamam olduğunu bildirən nazir müavini Qara dəniz-Xəzər multimodal nəqliyyat dəhlizi barədə sazişin ən qısa müddət ərzində imzalanacağına ümid etdiyini bildirib:

"Cənubi Qafqaz hazırkı beynəlxalq kontekstdə getdikcə artan əhəmiyyət kəsb edən bir bölgə və Azərbaycan bu regionun ən vacib dövlətidir".

A. Tinka 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayıb, sülh müqaviləsinin imzalanmasının isə regionun potensialının tam istifadəsinə yardım edəcəyini bildirib. Nazir müavini həmçinin Rumıniyanın Aİ və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsini dəstəklədiyini açıqlayıb.

Oxşar xəbərlər

Vlad İonesku: Rumıniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşı Azərbaycandır
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik
Belçika Ermənistan və Azərbaycan arasında sülhün tezliklə imzalanacağına ümid edir
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Nikol Paşinyan: İlham Əliyevin qərarı çox pozitivdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər