Vahid Hacıyev: Planlaşdırmadan öncə keçmiş məcburi köçkünlərin rəyləri nəzərə alınır
Biz illərlə həmin ərazilərdə yaşamış məcburi köçkünlərlə tikinti və planlaşdırma mərhələsində görüşüb, onların fikirlərini öyrənirdik.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf” adlı tədbirdə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, yəni planlaşdırma prosesi başlamazdan öncə belə onların rəyləri nəzərə alınır: “İnsanlar geri qayıtdıqdan sonra isə biz artıq birlikdə işləyirik və gündəlik ünsiyyətdə oluruq. Onların rəyi bizim üçün çox önəmlidir və daim nəzərə alınır. Lakin bu da kifayət deyil. İnsanlar geri qayıtdıqdan sonra həmin əraziləri özləri daha da inkişaf etdirəcək, daha gözəl və daha canlı edəcəklər. Çünki əsl inkişaf məhz insanların öz iştirakı ilə formalaşır. Bu gün də Soltanlı və digər yaşayış məntəqələrində məhz bu yanaşma ilə - sakinlərlə koordinasiyalı şəkildə, onların ehtiyac və təkliflərini nəzərə alaraq işləyirik”.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Füzulinin neçə faizinin minadan təmizləndiyi məlum olub
Vahid Hacıyev WUF13-də Azərbaycanın postmünaqişə dövründə bərpa təcrübəsindən danışıb
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
Xüsusi nümayəndə: Keçmiş məcburi köçkünlərin geri qayıdışını dayanıqlı etmək üçün çoxsaylı tədbirlər nəzərdə tutulub
Ağdam, Xocavənd və Füzulinin neçə faizinin minalardan təmizləndiyi məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
