IDB: Məlumat çatışmazlığı gecəqonduların abadlaşdırılmasına kredit cəlb etməyə mane olur
sizinxeber.az xəbər saytı

IDB: Məlumat çatışmazlığı gecəqonduların abadlaşdırılmasına kredit cəlb etməyə mane olur


Hökumətlərdə qeyri-rəsmi yaşayış məskənləri haqqında aktual xəritələrin və dəqiq məlumatların olmaması gecəqonduların abadlaşdırılması üçün beynəlxalq maliyyə institutlarından kreditlərin cəlb edilməsinə maneədir.

"Report" xəbər verir ki, bu barədə "Inter-American Development Bank"nın (IDB) süni intellekt üzrə mütəxəssisi Antonio Vaskes Bakıda WUF13-də bildirib.

Onun sözlərinə görə, şəhər planlaşdırması sahəsində paradoksal vəziyyət yaranır: yerli sakinlər əlverişsiz məhəllələrin sərhədlərini çox yaxşı bilirlər, halbuki hakimiyyət orqanlarında bu zonalar, əhalinin sayı və məhrumiyyət səviyyəsi, məsələn, təmiz suya və sanitariyaya çıxış barədə yenilənmiş məlumatlar yoxdur.

"Bu məlumatların çatışmazlığına görə hökumətlər üçün dövlət investisiyalarını planlaşdırmaq və belə ərazilərin modernləşdirilməsi məqsədilə inkişaf banklarından aldıqları kreditləri əsaslandırmaq son dərəcə çətindir", - o bildirib.

Oxşar xəbərlər

Vaskes: Kadr çatışmazlığı şəhər planlaşdırılmasında süni intellektdən istifadəni ləngidir
Yussef Hosni: Mərakeş 2030-cu ilədək gecəqonduları ləğv etmək niyyətindədir
Samir Məmmədov: "Azərbaycan süni intellekt və məlumat mərkəzləri üçün regional hab olmağa hazırlaşır"
Azərbaycan və Türkiyə maliyyə sahəsində süni intellektin tətbiqinə dair ortaq model yarada bilər
Abedneqo Çanda: İmkansızların mənzillə təmin edilməsi üçün kartoqrafik məlumatlardan istifadə etmək vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər