Fiona Littlejohn: "İqlim böhranı Latın Amerikasında ÜDM-i 23 % azalda bilər"
sizinxeber.az xəbər saytı

Fiona Littlejohn: "İqlim böhranı Latın Amerikasında ÜDM-i 23 % azalda bilər"


İqlim böhranı 2050-ci ilə qədər Latın Amerikasının ÜDM-ni 23 % azalda bilər.

"Report" xəbər verir ki, bunu BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının (CEPAL) nümayəndəsi Fiona Littlejohn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Latın Amerikası qlobal emissiyaların cəmi 10 %-nə səbəb olsa da, iqlim dəyişikliyinin iqtisadi təsirlərini ən ağır hiss edən regionlardan biridir: "Proqnozlara görə, 2030-cu ilə qədər qlobal səviyyədə adambaşına düşən ÜDM-in 0,8-5% arasında azalacağı gözlənildiyi halda, Latın Amerikasında bu göstərici daha yüksək - 0,8-6,3% arasında dəyişə bilər. Yüksək emissiya ssenarisində isə 2050-ci ilə qədər regionda ÜDM-in 23%-ə qədər azalması ehtimal olunur. Bu təsirlər təkcə dövlət iqtisadiyyatına deyil, şəhərlərə, ev təsərrüfatlarına və hər bir vətəndaşın həyatına birbaşa təsir göstərir. Eyni zamanda, regionda baş verən təbii fəlakətlərin həm tezliyi, həm də intensivliyi artır. Bu hadisələrin iqtisadi nəticələri getdikcə daha dağıdıcı xarakter alır. Belə ki, bir gün ərzində baş verən tək bir fəlakət belə, bir ölkənin illərlə əldə etdiyi iqtisadi inkişafı geriyə ata bilər. Nəticədə isə bunun təsiri cəmiyyətin bütün təbəqələrinə - birinci vətəndaşdan sonuncuya qədər hər kəsə toxunur".

Oxşar xəbərlər

Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Kuba Prezidenti Latın Amerikasında sülh zonasının yaradılmasını təklif edib
Ekspert: "Mənzil tikintisi yoxsulluğu azaldır"
Xuan Kabalyero: Qeyri-rəsmi ərazilərin yaxşılaşdırılması iqtisadi baxımdan özünü doğruldur
Niderland rəsmisi: "Su problemi 2050-ci ilə qədər qlobal ÜDM-i 8-15 % azalda bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər