UN-Habitat: Orta Dəhliz region üçün yeni iqtisadi imkanlar yaradır
sizinxeber.az xəbər saytı

UN-Habitat: Orta Dəhliz region üçün yeni iqtisadi imkanlar yaradır


Yeni şəhərlərin qurulması, urbanizasiya və dayanıqlı inkişaf məsələləri müasir dövrdə əsas qlobal çağırışlardan biridir.

APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə regionlararası müşaviri Katya Şefer WUF13 çərçivəsində keçirilən “Mərkəzi Asiyanın yeni paytaxtları və yeni şəhərləri-Su həssasiyyətli şəhərsalma planlaması və iqlimə davamlı mənzil təminatı” adlı tədbirdə deyib.

O, Mərkəzi Asiya ölkələrinə səfərləri zamanı yeni şəhərlər konsepsiyası ilə yaxından maraqlandığını deyərək, xüsusilə Astananın formalaşması və son 30 ildə əldə olunan nəticələrin diqqət çəkdiyini vurğulayıb.

Şeferin sözlərinə görə, gələcəyin şəhərləri ilə bağlı memarlıq baxışları, pilotsuz hava taksiləri kimi texnoloji yeniliklər artıq bəşəriyyətin cavab tapmalı olduğu məsələlər sırasındadır.

UN-Habitat rəsmisi qeyd edib ki, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə urbanizasiya dinamikası fərqlidir və bu, yeni şəhərlərin planlaşdırılmasına da təsir göstərir.

Katya Şefer Orta Dəhlizin region üçün yeni iqtisadi imkanlar yaratdığını, investisiya və iş imkanlarını artırdığını deyib.

Oxşar xəbərlər

WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Komitə sədri: Azərbaycan şəhərləri dayanıqlı ekosistemlərə çevirmək məqsədini nümayiş etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər