Cəbrayıl Xanlarov: Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə müzakirələr aparılır
Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı istiqamətində aidiyyəti qurumlar tərəfindən bir sıra təlim, seminarlar keçirilir, müzakirələr aparılır.
"Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.
O qeyd edib ki, digər ölkələr kimi Azərbaycanda da iqlim dəyişikliklərindən irəli gələn əlverişsiz təbiət hadisələri, ekstremal istilik dalğaları, quraqlıq, meşə yanğınları, torpaq sürüşmələri ictimai sağlamlığa ciddi ziyan vurur, infrastruktur obyektlərinin normal fəaliyyətinə, insanlara neqativ təsir göstərir:
"Bu baxımdan, iqlim dəyişikliklərinin təsirinə qarşı mübarizə tədbirləri əhali və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən fəaliyyətin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir".
Nazir müavini vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi (FHN) genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir:
"İqlimə dayanıqlı şəhərlərin inkişafı və infrastrukturun iqlim dəyişikliklərinə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Ərazi planlaşdırma sənədlərinin hazırlanması, layihələndirmədə optimallıq və şəhər infrastrukturunun iqlimə dayanıqlı şəkildə qurulması vacib amillərdəndir.
Tikinti və şəhərsalma fəaliyyətinin hər mərhələsində ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri nəzərə alınır. Təbii fəlakətlərin təsirinin azaldılması və şəhərlərin ekoloji amillərə dayanıqlılığının artırılması üçün bir sıra vacib tədbirlər həyata keçirilməlidir".
C.Xanlarov əlavə edib ki, səmərəli işıqlandırma və istilik sistemlərindən istifadə, su təchizatı infrastrukturunun inkişafı, tikinti sahəsində mütəxəssislərin iqlim dəyişikliyi barədə maarifləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə və "ağıllı şəhər" konsepsiyası əsasında bina və qurğuların iqlim dayanıqlılığının artırılması istiqamətində FHN tərəfindən ciddi işlər aparılır.
Oxşar xəbərlər
Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir
Muxtar Babayev: Şəhərsalmada iqlim dəyişikliklərinin nəzərə alınması vacibdir
Bakıda "Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
ADSEA rəsmisi: Azərbaycan genişmiqyaslı erkən xəbərdarlıq sistemi layihəsini həyata keçirəcək
Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
