Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalını məhdudlaşdıracaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2026
22:30
0
0
1 173
ff aaaaaaa

Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalını məhdudlaşdıracaq

20 may, 2026
22:30
1 173

Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalını məhdudlaşdıracaq

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

Bu barədə "Report" qurumun bəyanatına istinadən xəbər verir.

""Rosselxoznadzor" istixana yoxlamaları başa çatana və nəticələrin təhlili aparılana qədər 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gətirilən və göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək", - deyə bəyanatda bildirilib.

Xidmət aydınlaşdırıb ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul